Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sabahdan bu zolaqlar qüvvədən düşür

Baxılıb: 8313     Tarix: 22-05-2026 12:47   

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)  Qanunvehedef.az-a verilən xəbərə görə, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.

Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar