Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto

Baxılıb: 7519     Tarix: 30-05-2026 10:46   

Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.

Qanunvehedef.az xəbər verir ki, aşkar edilən sümük feaqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb.

Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Balay Ələsgər oğlu Qəribov, onun həyat yoldaşı 1928 - ci il təvəllüdlü Saray Eyvaz qızı İsmayılova, qızları 1946 -cı il təvəllüdlü Zabilə Balay qızı Ələsgərova, 1954-cü il təvəllüdlü Ramilə Balay qızı Ələsgərova və nəvəsi 1972-ci il təvəllüdlü Nərgiz Aydın qızı Xudaverdiyevanın taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar