Masallı Ticarət Merkezinde nə baş verir

Qidalarımıza ögey münasibət ve ya Masallı Ticarət Merkezinde gördüklərimiz
Ət,balıq,mövsümi meyveler, konservləşdirilmiş məhsullar, un məmulatlarından hazırlanan şirniyyatlar ve digər kend təsərrüfatı məhsulları-yağ,pendir ve şor gündəlik qida rasiyonumuza daxil olan ən mühüm qidalardan sayılır. Çox təəssüf ki, antisanitar şəraitdə satılan, sağlamlıq möhürü olub üfunət saçan ət və balıq satışı ilə məşğul olan işbazların bəziləri keyfiyyətsiz ət və balıq məhsulları sataraq hətta müştərilərə <qolunun gücünü> göstərib yuxarı mərtəbələrdə oturan < day- dayısına> arxalanan qəssablar bəs görəsən niye AQTA-nın Lənkəran- Astara Regional bölməsinin əməkdaşlarının nəzarətindən yayınırlar? Qurban bayramı günü AQTA-nın Regional bölməsinin əməkdaşlarının Yeddioymaq kənd qəssabxanasına <gözlənilməz hücumu> 100-dən çox insanı Qurban ətindən məhrum etdi.Bu müsəlman aləminə hörmətsizlik nümunəsidir. Qəsablara qabaqcadan xəbərdarlıq edib maarifləndirmək bizcə daha məqsədəuyğun hesab edilə bilərdi. Regional bölmənin rayonlarda dayaq məntəqəsinin olmaması nəzarətin zəyif olmasına gətirib çıxarır. Təbii ki, hər kəs təhlükəsiz qidalar qəbul edib, uzun ömür yaşamaq arzusundadır. Bu arzunun reallaşdırılması üçün təkcə dövlət qurumları deyil, ictimaiyyət də öz sözünü deməlidir. Əlbəttə hər kəs bunu qəbul edersə... Ancaq ədalət naminə qanun aliliyini qəbul edib nöqsanlara göz yummamaq, cərimələri sərtləşdirmək lazımdır. 220-mindən artıq əhalisi olan Masallı rayonunda bir kəsim məntəqəsinin olması (bildiyimizə) qəssabların işini xeyli çətinləşdirir. Əlbəttə, biz onları müdafiə etmək iqtidarında deyilik. İradlarmızı nəzərə alıb vətəndaş məmnunluğunu artırmaq, insanları keyfiyyətli qidalarla təmin etmək üçün AQTA-nın Lənkəran-Astara Regional bölməsinin əməkdaşları Masallıya ezam olunanda vicdanla və ədalətli xidmət göstərməlidirlər uçunki, bunu onlardan həm xalq, həm də dövlətimiz tələb edir. Ümid edirik ki, AQTA-nın Regional bölməsinin əməkdaşları Masallı bazarında küçə ticarətində baş vermiş qida təhlükəsizliyi qaydalarını pozanlara qarşı mübarizə tədbirlərini gücləndirəcək, vətəndaşların haqlı narazılıqlarına son qoyulacaq. Gördüklərim və müşahidə etdiklərimiz əsasında qələmə aldı.
Allahşükür Kərimov
Qanun ve hedef qəzetinin bölgə müxbiri
Msallı Rayonu





















