Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sumqayıt Şəhərində Uşaqlar Günü qeyd olunub - Fotolar

Baxılıb: 835     Tarix: 02-06-2026 10:45   

Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.

Qanunvehedef.az xəbər verir ki, Sumqayıt Muğam Mərkəzində təşkil olunan təntənəli tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir Fərəcov uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, hər bir dövlətin və cəmiyyətin gələcəyi uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsindən asılıdır.

Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və sağlamlıq xidmətləri ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Vurğulanıb ki, Sumqayıtda da uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müasir məktəblər, uşaq bağçaları, idman və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır.

Bayram proqramı uşaqların hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səsləndirilən mahnılar, milli və müasir rəqslər, bədii kompozisiyalar və vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqların çıxışları alqışlarla müşayiət olunub.

Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində fərqlənən bir qrup müəllim və tərbiyəçi fəxri fərmanlarla təltif olunub.










Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar