Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şimşək çaxır, yağış yağır

Baxılıb: 7815     Tarix: 07-06-2026 12:09   

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır.

Qanunvehedef.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb.

Qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60 %-ni təşkil edir.

Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44 %-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29 %-i), Göygöldə 33 (aylıq normanın 27 %-i), Xaltanda 33 (aylıq normanın 36 %-i), Balakəndə 31 (aylıq normanın 24 %-i), Xınalıqda 25 (aylıq normanın 53 %-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26 %-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır.

İyunun 6-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb.

Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar