Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Faktiki hava - Bəzi rayonlara intensiv yağış yağır

Baxılıb: 7313     Tarix: 15-06-2026 11:23   

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda 10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax), İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı, Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba, İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran, Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

İyunun 14-də saat 18:34-18:42 radələrində Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.

İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 m/s-dək güclənib.

Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar