Xəbər lenti
16/10/2026 [13:12]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub

Baxılıb: 8917     Tarix: 23-06-2026 14:46   

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

A.Hacılı bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş: “Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu”.

Lakin hava limanında sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

A.Hacılı ölkədən çıxışına qadağanın nə ilə bağlı olduğunu və bunun səbəbini də hələlik öyrənə bilmədiyini əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar