Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

FHN Gəncədə təlim keçirdi - Video

Baxılıb: 945     Tarix: 01-07-2026 13:12   

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində təlim keçirib.

Qanunvehedef.az xəbər verir ki, yanğın-taktiki təlimi “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusuna həsr olunub.

Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}