Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Müsavatda başqanlıq mübarizəsi: İsa Qəmbər qayıdır?

Baxılıb: 408     Tarix: 17-09-2019 11:15   

Müsavat Partiyasının növbəti qurultayının 12 oktyabrda keçirilməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra qurumun sabiq lideri İsa Qəmbərin yenidən partiya başqanlığına namizəd olması məsələsini gündəmə gəlib. 2014-cü ildə partiya nizamnaməsinə uyğun olaraq İsa Qəmbər namizədliyini irəli sürməsə də, bu dəfə onun bu posta iddialı olacağı istisna edilmir.
Qanunvehedef.az xəbər verir ki, artıq üç nəfər - partiyanın 2014-cü ildən başqanı olan Arif Hacılı, partiyanın üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı Müsavat Partiyasının rəhbəri postuna namizəd olacaqlarını açıqlayıblar.
Uzun illər Müsavat Partiyasının başqanı olmuş İsa Qəmbər isə namizədliyini növbəti dəfə irəli sürüb-sürməyəcəyi ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Qeyd edək ki, Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul etsə də, hələ ki icra hakimiyyətindən qurultayın məkanı ilə bağlı cavab gəlməyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar