Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır
Baxılıb: 935 Tarix: 01-05-2024 16:30
Xəbər verdiyimiz kimi, Şuşaya Prezident İlham Əliyevin tapşırığı əsasında tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşatma yolu ilə müəyyən edilib.
Sosial şəbəkələrdə yayılan iddiaya görə, ilk qayıdış 8 may tarixində gerçəkləşdiriləcək.
Qeyd edək ki, 8 may 1992-ci ildə Şuşa işğal edilib və tam 28,5 il işğal altında qalıb. Azərbaycanın baş tacı olan Şuşa 2020-ci il 8 noyabrda Ordumuzun qeyri-adi əməliyyatı nəticəsində işğaldan azad edilib.
Əgər ilk köç 8 mayda reallaşarsa, onda tariximizdə qara ləkə olan 8 may işğal tarixi Şuşaya Qayıdış Tarixinə çevriləcək!
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər