Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə aviabiletlər bahalaşdı

Baxılıb: 812     Tarix: 01-05-2024 12:40   

Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət həddini dəyişərək, bir tərəfə 3 250 lirəyə (100 ABŞ dolları) qaldırıb.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədaxili aviabiletlərin qiymətlərinin yuxarı həddi sonuncu dəfə 2023-cü ilin avqustunda yenilənib.
O zaman respublika rəhbərliyi belə biletlərin qiymətinin bir tərəfə 2 500 lirədən (həmin dövrdəki məzənnə ilə təxminən 92,5 ABŞ dolları) çox olmamasına dair göstəriş vermişdi.
“Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində bir tərəfə reyslər üçün yeni qiymət həddini 3 250 lirə müəyyən edib”, - məlumatda vurğulanıb.
Türkiyə aviaşirkəti “Turkish Airlines” artıq tarifləri bu tələblərə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti azı 2 500 lirədir.
“Pegasus” aviaşirkəti də tariflərlə bağlı dəyişiklik edib. Bu aviaşirkətlə Antalyaya daxili reyslərə biletlər azı 2 500 lirəyə başa gəlir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar