Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Baş prokuror Kamran Əliyev Tərtər rayonunda qəbul keçirəcək

Baxılıb: 1 638     Tarix: 29-04-2024 11:37   

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Kamran Əliyev mayın 3-ü Tərtərdə vətəndaşları qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, saat 10:00-da Tərtər Rayon Prokurorluğunun binasında keçiriləcək qəbulda bu rayonla yanaşı Ağdam, Bərdə, Goranboy və Xocalı sakinləri də iştirak edə bilər.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar