Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vəzifələr yalnız bu tip insanlara verildiyindən... – Millət vəkili

Baxılıb: 756     Tarix: 01-04-2020 11:30   

Prezidentin özünün və az sayda, çox da böyük vəzifə tutmayan iqtidar təmsilçisinin fəaliyyətini çıxmaqla qənaətbəxş hesab etmək olmaz.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri mediaya müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
O, iqtidardakı bəzi şəxsləri təsnifatlandırıb:
“İqtidardakı bir qism şəxs siyasi vəzifələr tutsa da, heç nəyə qarışmır, ya bizneslə məşğul olur, böyük pullar qazanıb kiminləsə bölüşməklə işlərini bitmiş sayır. Digərləri rəhbərlik etdikləri sahələr ciddi tənqid olunsa da, cavab vermirlər. Düşünürlər ki, onların əvəzindən bunu başqası etməlidir. Başqa bir qisim insan isə başa düşür ki, iqtidarı tənqid və təhqir edənlərə qarşı ortaya açıq mövqe qoysa, qarşı tərəfdən onlara çirkab atılacaq, nüfuzlarına toxuna biləcək hücumlar təşkil ediləcək. Vəzifələr isə haqqında heç nə deyilməmiş insanlara verildiyindən, həmin qrup iqtidarın rəqibləri ilə qarşıdurmadan çəkinərək, hərdənbir hökuməti tərifləyib şəxsi əlaqələr vasitəsilə yüksək vəzifələr alırlar. Görürlər ki, "beşinci kolon"la mübarizə aparanlara yalnız savaş haqqı tanınır. Ona görə də Prezident, parlamentin ilk iclasında da qeyd etdiyi kimi, komandasının üzvlərinin danışmalı olduğu bəzi məsələlər barədə özü danışmalı olur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar