Xəbər lenti
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bir vətəndaş olaraq bu ağır günlərdə Cənab prezident İlham Əliyevə , eyni zamanda yaşadığım Füzuli sakinləri adından rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə minnətdarlıq məktubu yazmağı özümə borc bilirəm.

Baxılıb: 769     Tarix: 04-05-2020 11:24   

 -Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir. Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. İşsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir.

-Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz.Sizin müdrikliyiniz, xalqı birliyə səsləməniz bizə bütün çətinliklərin öhdəsindən gəlməyə güc verir, ruhlandırır. Allahın köməyi, Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu mübarizədən üzüağ çıxacaq. Hər zaman olduğu kimi, Siz bir daha xalqa dayaq olduğunuzu sübut etdiniz. Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir.

-Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Füzuli rayon İcra Hakimiyyəti sosial aksiyaya davam edir.

-Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, ehtiyacı olan şəxslərə yardımların göstərilir. Rayonun müxtəlif kəndlərində yaşayan sosial müdafiəyə ehtiyacı olan ailələr ziyarət edilir və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları göndərilir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1,3,4 saylı Qayıdış qəsəbələrində olub, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb. Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılb, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılıb, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri izah edilib.


-Füzuli rayon sakinləri adından Sevda xanım Əliyeva dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə Füzuliı rayon İcra Hakimiyyəti Başçısı
-Cənab Alı Alıyevə təşəkkür edir. Rayon İcra Hakimiyyəti karantinin son gününə qədər bizə dəstək oldu, vətəndaşların qayğıları və sağlamlığları ilə maraqlandı və bütün vətəndaşlarımızı bu həssas dövrdə həmrəy olmağa, dövlətin elan etdiyi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırdı.

Yazınını hazırladı: Aynurə Məmmədovaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar