Şağanda sakinlərlə görüş keçirildi – Elşən Salahov müraciətləri dinlədi

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayonun qəsəbələrində sakinlərlə birbaşa ünsiyyətin və vətəndaş müraciətlərinin yerində dinlənilməsinin təmin olunması məqsədilə görüşlərini davam etdirir.
Sentyabrın 16-da Şağan qəsəbəsində yerləşən Şağan Mədəniyyət Mərkəzində növbəti səyyar qəbul keçirilib. Görüşdə sakinlər onları narahat edən məsələləri birbaşa rayon rəhbərliyinə çatdırmaq, müxtəlif sahələr üzrə təklif və müraciətlərini səsləndirmək imkanı əldə ediblər.
Qəbulda Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə yanaşı, Şağan qəsəbəsi üzrə inzibati ərazi dairəsinin nümayəndəsi, bələdiyyə sədri, həmçinin rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hər biri ilə bağlı müvafiq fikir və təkliflər nəzərdən keçirilib. Elşən Salahov səsləndirilən problemlərin aidiyyəti qurumlar tərəfindən araşdırılması, mümkün məsələlərin operativ şəkildə həll olunması və vətəndaşların müraciətlərinə nəticə etibarilə cavab verilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.
Belə görüşlər sakinlərin gündəlik həyatında qarşılaşdıqları məsələlərin daha yaxından öyrənilməsinə, problemlərin yerində müəyyənləşdirilməsinə və onların həlli istiqamətində konkret addımların atılmasına imkan yaradır. Şağanda keçirilən səyyar qəbul da rayon rəhbərliyi ilə sakinlər arasında birbaşa əlaqənin davam etdirilməsi baxımından əhəmiyyətli olub.
Xəzər Rayon İcra Hakimiyyətində vətəndaşlarla açıq ünsiyyətin və onların müraciətlərinə həssas yanaşmanın davam etdirilməsi, qəsəbələrdə mövcud məsələlərin yerində araşdırılması istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qəni Hüseynov





















