Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Szinpin Modinin şam yeməyindən buna görə imtina edibmiş

Baxılıb: 985     Tarix: 20-09-2026 14:35   

Çin lideri Si Szinpin səhhətindəki problemlərə görə BRİKS sammiti liderlərinin şam yeməyinə qatılmayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Si özünü pis hiss etdiyi üçün son anda şam yeməyindən imtina edib. Onun yerinə xarici işlər naziri Van Yi şam yeməyinə qatılıb.

Ciddi bir xəstəlik, insult və ya huşunu itirmə ilə bağlı heç bir dəlil yoxdur.

Mərkəzi Kəşfiyyat İdarəsinin Çin üzrə keçmiş mütəxəssisi Dennis Uaylderin sözlərinə görə, Si Szinpin həmişə siqaret çəkib, artıq çəkili olub, fiziki məşqləri sevmir və içki içməyi sevir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çin lideri Si Szinpin ötən həftə Yeni Dehlidə Baş nazir Narendra Modinin BRİKS liderləri və tərəfdaş ölkələrin nümayəndələri üçün təşkil etdiyi təntənəli şam yeməyində iştirak etməmişdi.


Qanunvehedef.az





{sape_links}{sape_article}