Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

Baxılıb: 936     Tarix: 21-09-2026 15:36   

Ermənistanın “Güclü Ermənistan” fraksiyasının üzvləri Kərki kəndində qanunsuz ağacəkmə aksiyası keçirib.

Qanunvehedef.az Musavat.com-a istinadla xəbər verir ki, fraksiya rəhbəri Narek Karapetyan burada “Müstəqillik bağı”nın salınacağını bildirib.

Onun sözlərinə görə, ərazidə qlampinq kompleksinin yaradılması ilə bağlı turizm layihəsi də hazırlanır və yaxın vaxtlarda tikinti üçün icazə alınmasına müraciət ediləcək.

Qeyd edək ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid eksklavdır və hazırda Ermənistanın faktiki nəzarətindədir. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu ərazinin Ermənistanın 29 743 kvadratkilometrlik beynəlxalq tanınmış ərazisinə daxil olmadığını bildirib.

Beləliklə, statusu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində müzakirə olunan Kərkidə Ermənistan tərəfinin yeni turizm infrastrukturu yaratmaq planı sülh prosesini təhlükəyə atan addım hesab olunmalıdır.


Qanunvehedef.az





{sape_links}{sape_article}