Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tahir Gözel bu bankın rəhbəri oldu

Baxılıb: 915     Tarix: 18-09-2026 12:09   

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Qanunvehedef.az “APA-Economics”ə istinadən xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Ə.Gözel 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözel 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar