Xəbər lenti
15/09/2026 [13:47]
Sabah hava necə olacaq?
15/09/2026 [12:58]
DSMF-nin xərcləri artdı
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Saz və səs bir arada – “Mikayılla 5 gün”də musiqi dolu anlar

Baxılıb: 814     Tarix: 16-09-2026 11:06   

 Bu gün “Mikayıl ilə 5 gün" verilişinin növbəti buraxılışı maraqlı qonaqları və canlı musiqi ifaları ilə yadda qalıb.

Aparıcı Mikayılın təqdimatında yayımlanan verilişə müğənnilər Günel Nihat, Ali Pormehr və Aşıq Mübariz qonaq olublar.

Proqram zamanı sənətçilər öz ifaları ilə tamaşaçılara musiqi dolu anlar yaşadıblar. Qonaqlar sevilən mahnılarını canlı şəkildə səsləndiriblər.

Aşıq Mübariz isə sazı ilə çıxış edərək verilişə xüsusi ab-hava qatıb. Saz ifası və canlı oxuduğu havalar proqramın ən diqqətçəkən məqamlarından olub.

Digər müğənnilərin canlı ifaları da maraqla qarşılanıb. Verilişdə musiqi ilə yanaşı, qonaqlarla səmimi söhbətlər də aparılıb.

Beləliklə, “Mikayıl ilə 5 gün”ün bugünkü buraxılışı canlı ifalar, saz sədaları və maraqlı qonaqları ilə tamaşaçıların diqqətini çəkib.


Aybəniz ABDULOVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar və araşdırmaçı jurnalist


 



 








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar