Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağda Qələbə üçün koronadan qorunun - Deputat

Baxılıb: 635     Tarix: 16-10-2020 10:07   

Bu məqamda koronavirsudan danışmaq bəlkə çoxlarımıza qəribə görünə bilər. Amma elə Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmaq, qaydalara əməl etməliyik.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Ötən gün 530 vətəndaşımız virusa yoluxub, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu o deməkdir ki, ötən gün xəstəxanalarımızdakı 429 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim sayı və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz və əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!” - deputat bildirib.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking