Bakıda Qadınların V Forumu: Prezident təbrik etdi - Foto
Baxılıb: 454 Tarix: 30-05-2018 16:02
Mayın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu öz işinə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, forumdan əvvəl iştirakçılar mayın 30-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Forum iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüblər.
Daha sonra forum öz işinə başlayıb. Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələr iştirak edirlər.
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinn sədri Hicran Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevanın Qadınların V Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edildi: "Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür".
Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsidir.
Forum çərçivəsində “Ekologiyada qadınlar və qida təhlükəsizliyi”, “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik”, “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar”, “Qadınlar və İKT: reallıq və perspektivlər” mövzularında panel iclaslar keçiriləcək.
Sonda Forumun yekun qətnaməsi qəbul ediləcək.
***
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Forum iştirakçıları!
Əziz xanımlar!
Sizi Azərbaycan Qadınlarının V Forumunun açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Forumun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçirilməsinin dərin rəmzi mənası vardır. Azərbaycan qadınları dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl, məhz müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında yaxından iştirak etməyə başlamışlar. Ötən müddətdə onlar ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışmış, nailiyyətlərlə zəngin bir yol keçmişlər. Şərq qadınları arasında bir sıra sahələrdə ilk addımların Azərbaycan qadını tərəfindən atılması ona ənənəvi olaraq cəmiyyətimizdə böyük ehtiram bəslənməsinin, onun öz bilik və bacarığını gerçəkləşdirə bilməsinə lazımi şərait yaradılmasının nəticəsidir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şücaət və qəhrəmanlıqlar göstərmiş qadınlarımız həmin illərin mürəkkəb hadisələri zamanı yüksək vətənpərvərlik əzmi və istiqlal ideallarına sadiqlik nümayiş etdirdilər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi bu gün də layiqincə yaşadır, ölkəmizin sosial-iqtisadi və elmi-mədəni potensialının artırılmasında, multikultural və tolerantlıq mühitinin qorunmasında qüvvələrini əsirgəmirlər. Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla qadınların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlmişdir. Forumunuzda qəbul olunacaq qərarların bu siyasətin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyimi ifadə edirəm.
İnanıram ki, Forum gender bərabərliyi siyasətinin həyata keçirilməsi istiqamətində ölkədə son illər ərzində görülmüş işləri qiymətləndirəcək, qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirərək mühüm vəzifələr irəli sürəcək və qadınları Azərbaycanın inkişafı naminə öz fəallıqlarını daha da artırmağa sövq edəcəkdir”.

Ən çox oxunanlar
Son xəbərlər