Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Poyeziya buketi, nəğmə çələngi" - Qəni Hüseynov

Baxılıb: 1 440     Tarix: 26-11-2025 14:50   
 
Çağırdı  dağlar.
Başın dumanılıdı,hələ çənlidi,
Gözlərin hələdə,hələ nəmlidi,
Bir şair ləqəbi hələ Qəmlidi,
Sağalmır hələki,yaranda dağlar.
Sağalmaz dağ olub,düşmən bizlərə,
Necə dəfələrlə, diz gəlibdi,diz yerə,
Ağlı catmayana dünya yük,şələ,
Başına çən cöküb ,dumandı dağlar.
Müzəffər ordumuz cəkir keşiyin,
Viranə qalıbdı evim_eşiyim,
Bir uşaq yatmağa yoxdu beşiyim,
Bir arzu xəyaldı,gumandı dağlar.
Yenidən qoynuna qayıdır millət,
Otuz il həsrətdən cəkmişik zillət,
İtib abır_ismət, yoxdur ki,mürvət,
Özünə güc topla ,amandı dağlar.
Qəni arzuların cində cıxıbdı,
Düşmən yaltaq olub, bizi sıxıbdı,
Yurd ,yubalar azadlığa çıxıbdı,
Bir sehir,möcüzə ,nağıldı dağlar.
Sahibin yurduna, çağırdı dağlar.!!!
25.11.2024.
Kəlbəçərin azadlıq gününə.
Günün mübarək.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar