Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirilmişdir

Baxılıb: 1 557     Tarix: 25-11-2025 12:20   

24 noyabr 2025-ci il tarixində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirilmişdir.
    Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin icra başçısı Elşən Salahov, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev iştirak etmişdir.
     Müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya, sosial adaptasiya və asudə vaxtın təşkili kimi xidmətlər göstərir, onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.
    Tədbir çərçivəsində əqli və fiziki sağlamlığı məhdud uşaqlarla görüş keçirilmiş, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən müəssisəyə hədiyyə olunan planşetlər uşaqlara təqdim olunmuş və mədəni proqram təşkil olunmuşdur.
    Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey çıxışında Azərbaycan dövlətinin və xüsusilə Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığa görə Azərbaycan Dövlətinə və Heydər Əliyev Fonduna öz minnətdarlığını bildirişdir.
     Bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dəstəyin gücləndirilməsi, onların inkişafına və sosial iştirakına müsbət töhfə vermək məqsədi daşımışdır.

Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar