Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Atambayevin oğlu həbs olundu

Baxılıb: 807     Tarix: 24-11-2025 13:45   

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu və tərəfdaşları kütləvi iğtişaşların təşkilinə hazırlıq ittihamı ilə həbs olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində 10 nəfər saxlanılıb.
İstintaqın versiyasına görə, saxlanılanlar seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkə üzrə, əvvəlcə cənub bölgəsində, sonra isə Bişkek və rayonlarda mitinqlər keçirməyi planlaşdırırdılar:
“Onların planına konstitusiyaya zidd çağırışlar, həmçinin inzibati binaların, televiziya kanallarının, hüquq-mühafizə orqanlarının obyektlərinin, silahların və penitensiar sistemin müəssisələrinin ələ keçirilməsi daxil idi”.
Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının “silah, sursat, qumbaralar, rabitə vasitələri, maliyyələşdirmə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul” aşkarlayıb götürdüyü qeyd edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar