Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

TƏŞƏKKÜRNAMƏ

Baxılıb: 1 358     Tarix: 21-11-2025 10:55   

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin
1 saylı Yasamal Təcili Yardım Ambulatoriyasının əməkdaşlarına təşəkkür

Azərbaycan Respublikasında səhiyyə sektorunun inkişafında və əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasında təcili tibbi yardım xidmətlərinin xüsusi rolu vardır. Bu sahədə çalışan mütəxəssislərin operativ fəaliyyəti, peşəkarlığı və vətəndaşlara göstərdikləri diqqət və qayğı yüksək qiymətləndirilir.
Bu münasibətlə “Qanun və Hədəf” qəzetinin əməkdaşı, göstərdikləri nümunəvi xidmətdə fərqləndiklərinə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 1 saylı Yasamal Təcili Yardım Ambulatoriyasının əməkdaşları – İbrahimzadə Ayşən, Babayeva Leyla və Sadıqova Nəzakətə dərin minnətdarlığını ifadə edir.
Adıçəkilən tibb işçiləri müraciət olunan halda peşə borclarını yüksək məsuliyyət hissi ilə yerinə yetirərək, operativ reaksiyaları, humanist yanaşmaları və peşəkar tibbi müdaxilələri ilə vətəndaşların sağlamlığına diqqət və qayğının nümunəsini sərgiləmişlər. Onların fəaliyyəti təcili tibbi yardım xidmətlərinin etibarlılığının və effektivliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.
“Qanun və Hədəf” qəzetinin əməkdaşı, adıçəkilən əməkdaşların xalqa göstərdikləri fədakar əməyə görə onlara təşəkkür edir, gələcək xidmət fəaliyyətlərində uğurlar arzulayır.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar