Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dərs ilinin başlama və bitmə müddəti dəyişdiriləcək?

Baxılıb: 558     Tarix: 16-06-2018 13:27   

Dərs ilinin yekunlaşması tarixinin dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətləri çərçivəsində oluğu üçün bu, millət vəkillərinin imkanları daxilindədir. Hesab edirəm ki, 2018-2019-cu tədris ili üçün addım atılacaq və dərslər yeni təqvim günündən başlayacaq və bitəcək.
Bu sözləri Qanunvehedef.az-a təhsil eksperti Kamran Əsədov şagirdlərin, valideynlərin və hətta müəllimlərin də narazılığına səbəb olan dərs ilinin 14 iyun tarixinə qədər davam etməsi barədə danışarkən bidirib. K.Əsədovun sözlərinə görə, Milli Məclisin Elm və Təhsil Komitəsinin Nazirlər Kabinetinə bu barədə müvafiq müraciət ünvanlamasıyla müsbət nəticə əldə etmək olar. Ekspert bildirib ki, şagirdlərin dərsi mənimsəməsinin isti aylarda daha aşağı səviyyədə olduğunu nəzərə alaraq, tədris ili mayda yekunlaşmalıdır:
“2016-cı ildən orta məktəblərdə dərs ili iyunun 14-dək uzadılıb. Əvvəlcə ondan başlamaq lazımdır ki, ümumiyyətlə, dərslərin sentyabr ayının ortasında başlaması normal deyil. Dərs ili bütün dünyada hansı ayda başlayırsa, o ayın əvvəli start görürür, ayın ortasında yox. Hətta spesifik ölkə olan Yaponiyada dərslər aprelin 1-i başlayır. Yəni tədris ilinin ayın əvvəlində başlaması həm də tədris ilinin başa çatmasını nizamlayır. Təhsil sahəsində zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar. Mən də hesab edirəm ki, tədris ili 1 sentyabrdan başlamalıdır və may ayının sonunda bitməlidir. Bu, həm də tamlıq deməkdir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində bu vacibdir. Bu, həm də valideynləri yay geyimi almaq üçün əlavə xərclərdən azad edər. Yəni 15 sentyabrda dərs başlayanda şagird yay geyimini 15-20 gün istifadə edə bilər və valideynlər qısa müddətdən sonra yenidən xərcə düşəcək. Amma dərslər 1 sentyabrdan başlasa şagirdlər alınan məktəbli formasını bir az daha uzun müddət istifadə edəcək. 1 sentyabrdan dərslərin başlamasını vacib edən amillərdən biri də odur ki, şagirdlərin dərsi mənimsəməsi isti aylarda daha aşağı səviyyədə olur. Amma 1 sentyabr və mayın sonu Azərbaycanda sərin hava şəraiti olduğuna görə, iyunun isti vaxtlarında şagirdlərin dərsə davam etməsi effektiv olmur".
K.Əsədovun sözlərinə görə, tədris ilinin başlama və yükunlaşma günlərinin dəyişdirilməsi dərs həftəsində hansısa azalma ilə müşahidə olunmayacaq: "Çünki 14 iyunda bitən dərsi sentyabrda 15 gün əvvələ çəkməklə bərabərlik təmin olunur. Reallığı deyək ki, onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər. 270 gün ərzində heç nə öyrənməyən şagird 15 günə də nəsə öyrənə bilməyəcək".
Ekspert bildirib ki, iyun ayının ortasına qədər dərs ilinin uzadılmasının heç bir müsbət təsir və nəticəsi yoxdur.
Bu problemin həllinə isə deputatlar nail ola bilər:
"Çünki hər bir deputat təmsil olunduğu bölgənin səlahiyyətli nümayəndəsidir. Deputatın fikri, tələbi insanların, seçicilərin istəyidir. Hesab edirəm ki, 2018-2019-cu tədris ili üçün bu addım atılıb yeni təqvim günündən dərslər başlayacaq və bitəcək".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar