Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Baxılıb: 563     Tarix: 18-09-2025 12:24   

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.
"Manas" hava limanında Azərbaycan Baş nazirini Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev qarşılayıb.
Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın Baş nazirləri, Türkiyənin vitse-prezidenti, eləcə də TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.
İclas iştirakçıları Bişkekdə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar