Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qınından çıxıb, qınını bəyənmirlər - Pezeşkian

Baxılıb: 860     Tarix: 11-09-2025 15:05   

İran Prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib.
Qanunvehedef.az xəbər verir ki, o, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib.
Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib. İran prezidenti bu vəziyyətə reaksiya verərək deyib:
“Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən öyrəncilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq”.
O, təhsilə dair layihələrin həyata keçirilməsinə də toxunub:
“Onlar üçün məktəblər də qurduq. Amma onların 90 faizi ölkəni tərk edib”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar