Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qala qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Baxılıb: 2 680     Tarix: 18-09-2025 12:38   
 
 17 sentyabr 2025-ci tarixində Qala qəsəbəsində yerləşən 185 saylı tam orta məktəbdə  keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qala  bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.     Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul zamanı sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Qəni Hüseynov





Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar