Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Özəl orta məktəblərdə təhsil haqqı 30 mindir - Deputat

Baxılıb: 569     Tarix: 11-09-2025 12:15   

Özəl orta məktəblərdə təhsil haqqı yüksəkdir. Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, özəl orta məktəblərə ciddi meyil var:
“Bu tələbatı da görüb özəl orta məktəblər təhsil haqqını daha da qaldırır. Hesab edirəm ki, bunu dövlət necəsə tənzimləməlidir”.
Deputat universitetlərdə təhsil haqlarının artımı ilə də razılaşmayıb:
“Bunu dövlətlə paralel universitetlər etməlidir. Universitetlər təhsil haqqını artırırsa, təhsilin keyfiyyəti də qalxmalıdır. Bu məsələ ya NK-nın qərarı ilə, ya da necəsə tənzimlənməlidir. Məktəbli formaları ilə bağlı da problem var. Əvvəl bütün məktəblərdə bir məktəbli forması var idi, indi hər məktəbin öz forması var. Valideyn uşağın məktəbini dəyişəndə yeni forma almağa məcbur olur”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}