Dərslər niyə həftədə 3 dəfə keçirilir? - Açıqlama
Baxılıb: 516 Tarix: 22-01-2021 12:32

Qanunvehedef.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, pandemiya dövründə ən başlıca məqsəd sıxlığın idarə edilməsidir:
"Bunu zərurətdən yaranan məsələ kimi qəbul etmək lazımdır. Sıxlıqlarla bağlı məsələ qaydasına düşərsə, tədris əvvəlki qaydada bərpa oluna bilər. Azərbaycanda mövcud olan 600 min sinifdən 49 minində şagird azdır. Orta hesabla, şagird sıxlığı az olan 80 faiz sinif var, şagird sayı 40-dan çox olan olan 111 sinif var.
Hibrid təhsil heç də yaradıcı təfəkkürün məhsulu deyil, yaranmış situasiyadan çıxış yoludur".
Nazir qeyd edib ki, hazırkı tədris problemlərindən biri internet resurslarıdır:
"Ötən ilin yanvar ayı ilə müqayisədə, Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə bağlı əsaslı dəyişikliklər baş verib. Hazırda təhsil alanların 1 400 000-dən çoxunun özünəməxsus kabineti var. 150 000 şagird təhsil verən platformada qeydiyyatdan keçib. Həftəlik dərslərin sayı 6 200 000 olaraq qeydə alınıb. Bu dərsin keçirilməsində Azərbaycan müəllimlərinin böyük əməyi var. Eyni zamanda, 37 ali təhsil müəssisəsindən 125 minə yaxın insan sistemdə qeydiyyatdan keçib. Bir il əvvəl bu göstəricilərin 0,1-ni belə təsəvvür edə bilməzdik. Bu, irəliyə doğru atılan kifayət qədər böyük addımdır".
Ən çox oxunanlar
Son xəbərlər