Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp: Dünyanı 150 dəfə partlatmağa qadirik

Baxılıb: 746     Tarix: 03-11-2025 10:57   

ABŞ-ın dünyanı 150 dəfə partlatmağa yetəcək qədər nüvə silahı arsenalı mövcuddur. Vaşinqton nüvə sınaqları keçirməyən yeganə ölkə olaraq qalmaq niyyətində deyil.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində səsləndirib.
“Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Denuklearizasiya (nüvə silahının azaldılması və ya ləğvi – red.) məsələsi ilə bağlı nəsə etməliyik”, - Tramp bildirib.
Onun sözlərinə görə, bu məsələni Çin sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edib.
Ağ Evin rəhbəri əlavə edib ki, Vaşinqton digər dövlətlər kimi hərəkət edəcək:
“Biz nüvə sınaqları keçirəcəyik, necə ki, digər ölkələr keçirir. Rusiya sınaqlar aparır, Çin də aparır, sadəcə, onlar bunu etiraf etmirlər. Biz isə açıq cəmiyyətik. Fərqliyik. Biz bu barədə açıq danışırıq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar