Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər Rayonunda Vətən Müharibəsi Şəhidlərinin anım mərasimi keçirilib

Baxılıb: 2 836     Tarix: 03-11-2025 12:32   

44 günlük Vətən müharibəsində şəhid olmuş Əliyev İbrahim Nəcəfqulu oğlunun, Cabbarov Şahgündüz Habil oğlunun və İman və Bəhram qardaşlərının anım mərasimi keçirilib.
   Anım tədbirlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şöbə müdirləri, qəsəbə nümayəndəsi, bələdiyyə sədri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak edib.
      İlk öncə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Mərasim iştirakçıları Vətən uğrunda canından keçən oğullarımızın döyüş yolundan söz açaraq, onların göstərdiyi şücaət və qəhrəmanlığından danışıblar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
      Daha sonra iştirakçılar Şəhidlərin məzarlarının  önünə gül dəstələri düzərək əziz ruhuna dualar oxuyublar.

Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar