Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Xalq Cümhuriyyəti polisinin tarixi təcrübəsi hədər getməyib

Baxılıb: 492     Tarix: 27-05-2022 15:20   

1918-ci ilin yazında Zaqafqaziya Federasiyasının və Seymin süqutundan sonra mayın 27-də Seymdəki 44 nəfər azərbaycanlı deputat Tiflisdə sabiq Qafqaz canişini Konstantin Qrandükün vaxtilə oturduğu sarayda Milli Şurada birləşdilər və ertəsi gün - mayın 28-də Şərqdə yeni respublikanın - müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını elan etdilər. Həmin gün axşam xalqımızın azadlığı uğrunda böyük istiqlal fədailərindən biri, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Rusiyada II və III Dövlət Dumasının üzvü, görkəmli ictimaisiyasi xadim, Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri olmuş, böyük nüfuza malik, partiya mənsubiyyəti üzrə bitərəf Fətəli xan Xoyski (1875-1920) başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin Birinci Koalisiyalı Müvəqqəti Milli Hökuməti yaradıldı. F.Xoyski ilk Baş nazir (rəisi-vükalə) və eyni zamanda ilk daxili işlər naziri (28 may – 16 iyun 1918) oldu.

Azərbaycan Polisinin Cümhuriyyət dövrü mövzusunda saytımıza danışan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polsi Bölməsinin rəisi Qara Abdullayev söhbətinin əvvəlində bildirdi ki,  Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu dövrdə əsl anarxiya hökm sürürdü və belə bir zamanda gənc dövlətin ilk tədbirlərindən biri məhz anarxiyaya son qoymaq və ciddi qayda-qanun yaratmaq zərurətinə görə yeni yaradılmış DİN və onun polis orqanlarının rolu çox önəmli idi:

“Birinci Müvəqqəti Milli Hökumət 9 nazirlikdən ibarət yaradılmışdı. Həmin nazirliklər+ içərisində ən mühümlərindən birincisi, yeni yaranmış müstəqil dövlətimizin bel sütunu - müstəqil Daxili İşlər Nazirliyi (DİN) idi. Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk daxili işlər naziri, eyni zamanda Baş nazir olan F.Xoyskinin o zaman baş nazir və həm də daxili işlər naziri vəzifəsini də öz üzərinə götürməsi Qərbi Avropa modeli idi. Baş nazirin eyni zamanda daxili işlər naziri vəzifəsini öz üzərinə götürməsi o vaxtkı mürəkkəb şəraitdə həmin nazirliyin olduqca məsuliyyətli qurum, ali inzibati icraedici hüquq-mühafizə orqanı sayılması və onun üzərinə düşən çətin vəzifələrlə əlaqədar idi.
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu dövrdə əsl anarxiya hökm sürürdü. Belə bir zamanda gənc dövlətin ilk tədbirlərindən biri məhz anarxiyaya son qoymaq və ciddi qayda-qanun yaratmaq idi. Bu işdə isə yeni yaradılmış DİN və onun polis orqanlarının rolu çox önəmli idi.
 
Mənbələr və hüquqi sənədlər təsdiq edir ki, Tiflisdə rəsmən 1918-ci il mayın 28-də müstəqil nazirlik kimi təsis edilən Azərbaycan Xalq Cümhuriyyəinin Daxili İşlər Nazirliyi də, digər nazirliklər kimi ertəsi gün, yəni mayın 29-da fəaliyyətə başlamış, şübhəsiz, onun ilk strukturları və aparatlarının təşkili getmiş, həmçinin öncə ilk vəzifələri müəyyənləşmişdi. Bu vəzifələr yerli xüsusiyyətlərdə daxili işlər naziri F.Xoyskinin rəhbərliyi altında hazırlanmış Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin ilk Əsasnaməsində öz əksini tapmışdı…

Birinci Müvəqqəti Milli Hökumət Kabineti dövründə bizim klasik anlamda başa düşdüyümüz Azərbaycan Polisinin nizami orqanlarının yaranması barədə qanunvericilik aktları cüzidir. Mənbələr və tarixi faktlar göstərir ki, Azərbaycan Polisinin yaranması barədə ilkin normativ qanunverici aktlar Birinci hökumət kabineti Gəncəyə köçdükdən sonra mümkün olmuşdur. Formalaşdırılan yeni hökumətdə daxili işlər naziri (17 iyun - 7 dekabr 1918-ci il) o zaman böyük hörmətə malik, öz görkəmli ictimai-siyasi xadim Behbud xan Cavanşir (1877-1921) oldu. B.Cavanşirin daxili işlər nazirliyi dövrü Azərbaycan Polisi tarixinin ilkin formalaşdığı dövrdür.

Ölkədə anarxiyanın və xaosun hökm sürdüyü bir şəraitdə Azərbaycan hökuməti məhz Daxili İşlər Nazirliyinin vasitəsilə cinayətkar ünsürləri təcrid etməklə qısa bir zamanda dövlət icra aparatının fəaliyyətini bütün gücü ilə bərpa edə bildi.

F.Xoyski Azərbaycan Polisinin ilkin yaranması və təşəkkülü prosesini xarakterizə edərək, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında hökumətin hesabat məruzəsində demişdi: “Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində mümkün olan hər şeyi etdik ki, ölkəni anarxiya və xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu bərpa etdik, Polisi təsis etdik””.

Söhbətinin sonunda cənab Qara Abdullayev bildirdi ki, özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını əxz etməklə onun yolunu bu gündə davam etdirir:
 
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, polis orqanlarımız bu gün də dövlət müstəqilliyimizin, suverenliyimizin qorunmasında, möhkəmləndirilməsində və daha da inkişaf etdirilməsində, qüdrətlənməsində və zənginləşdirilməsində, ən başlıcası, bilavasitə ictimai-asyişin, sabitliyin mühafizə olunmasında və cinayətkarlıqla mübarizədə önəmli rol oynamaqdadır. Mənbələr - qiymətli arxiv materialları, xarakterik aidiyyatı dövrü mətbuat və hüquqi sənədlər, habelə səciyyəvi ədəbiyyatlar qəti sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər orqanlarının, əxz edilməli həqiqi tarixi təcrübəsi vardır və bu təcrübə, bu tarixin daha ətraflı, qaranlıq qalan, öyrənilməyən tərəfləri tam tədqiq olunub təbliğ edilməli, ilk növbədə gənc nəslə çatdırılmalıdır. Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin, Azərbaycan Polisinin tarixi təcrübəsi hədər getməmiş, hətta ictimai - siyasi quruluşun belə dəyişməsinə baxmayaraq, özündən sonra bir örnək rolunu oynamış və bu gün də oynamaqdadır. Başqa sözlə, ulu öndər, ümummilli lider, Heydər Əliyevin dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti Polisi müasir Azərbaycan Respublikası Polisinin həqiqi sələfi, müasir Azərbaycan Polisi isə onun layiqli varisidir””.

Qələmə aldı: Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar