Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Lənkəranda kişi əməliyyatdan sonra öldü

Baxılıb: 791     Tarix: 04-11-2025 13:08   

Lənkəranda kişi əməliyyatdan sonra dünyasını dəyişib.
Qanunvehedef.az Oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Siyavuş Rzayev əməliyyata götürülüb.
S.Rzayevin yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatdan sonra yoldaşı özünü pis hiss edib. Onların iddiasına görə, S.Rzayev həkim səhlənkarlığının qurbanı olub.
"Həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Xəstəxananın o biri həkimləri əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər",- deyə A. Rzayeva bildirib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar