İşdən çıxarılmış əməkdaşlar şikayət etdilər
Baxılıb: 1 049 Tarix: 12-06-2024 11:21
Yazıb Sizə bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində rəhbər vəzifəsini müvəqqəti icra edən Akif Mariflinin fəalliyyətə başladığı gündən əməkdaşları qəbul edərək açıq şəkildə onlarla çalışmaq istəmədiyini, mövcud şöbələri ləğv etmək niyyətində olduğunu bildirmiş və işçilərin öz ərizələri ilə işdən çıxmalarını tövsiyə etmişdir.
Bu müddət ərzində fəaliyyətsiz olan Mərkəzdə əməkdaşlara iş şəraiti yaradılmamış, onların əksəriyyəti hər hansı fəaliyyətə cəlb olunmamış, təklif və layihələr nəzərə alınmamış, bir çox əməkdaşlar rəhbərlik tərəfindən otaqdan qovularaq təhqirlərə məruz qalmışdır. Mövcud şərait işçiləri Azərrbaycan Respublikası Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlara müraciət etməyə məcbur etmişdir. Sözügedən müraciətdən sonra fevral ayında rəhbərlik tərəfindən daxili attestasiya keçiriləcəyi barədə məlumat verilmiş, 30 mövzu təqdim olunmuş və 1 ay müddət verilmişdir. 25 mart qeyri- iş günündə WhatsApp qrupu açılararaq 35 yeni mövzu əlavə olunmuş və 65 attestasiya mövzusu təqdim olunmuşdur. 28 mart tarixində isə 29 əməkdaşa komissiya tərəfindən attestasiya keçirilmişdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 67. “İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi” 3-cü bəndinə əsasən “İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir”- tam əksi olaraq iştirak edən 27 əməkdaşa attestasiya nəticələrinin qənaətbəxş olmadığı deyilmiş, rəhbərlik tərəfindən dəfələrlə çağırılaraq öz ərizələri ilə işdən çıxmayacaqları təqdirdə Əmək Məcəlləsinin 70.ci maddəsinin C bəndi ilə çıxarılacaqları barədə xəbərdarlıq edilərək ərizə yazdırılmışdır. 25.05.2024-cü il tarixində ərizə yazmaqdan imtina edən 13 əməkdaş 70.ci maddənin C bəndi ilə Vüqar Hümbətovun imzası ilə işdən azad edilmişdir. 36-2. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür bəndinə riayət olunmayaraq 60 yaşından yuxarı əməkdaşların attestasiyada iştirakı tələb olunmuş, iştirakdan imtina edən şəxslər də sözügedən maddə ilə çıxarılmışdır. Attestasiyada iştirak edən əməkdaşların əksəriyyəti ixtisasları mədəniyyət sahəsi ilə birbaşa əlaqəli olan və uzun illər iş təcrübəsinə malik şəxslərdir. Mövcud qanunvericilikdə olan qaydaların kobud şəkildə pozularaq keçirilən attestasiyada səhiyyə, təhsil və digər sahələrdə tətbiq edilən təkrar attestasiyanın keçirilməsi, əməkdaşların müvafiq kurslara cəlb edilməsi və digər təcrübələr nəzərə alınmamışdır. Mövcud vəziyyət barədə müraciət etdiyimiz qurumlar tərəfindən Nazirliyə dəfələrlə məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi tövsiyə olunsa da, Nazirlik tərəfindən məsələnin həlli istiqamətində ciddi addım atılmamışdır.
Mənbə:Sabahinfo.az
Ən çox oxunanlar
Son xəbərlər