Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qalçyan: Əliyev bizi asılılıqdan qurtardı

Baxılıb: 818     Tarix: 24-10-2025 11:40   

Azərbaycanın bu addımı təqdirəlayiqdir, bu, alternativə malik olacağımız deməkdir.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Kartoqraf Azərbaycanın məhdudiyyətlərinin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayıb.
“Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan - Larsdan (Gürcüstandan Rusiyaya gedən dağlıq yol - red.) asılı idi”, - o qeyd edib.
Qalçyan TRİPP və ya Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:
“TRİPP həyata keçərsə, Ermənistan dünyaya açılacaq, Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün, belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Rusiyanın maraqları kontekstində çıxış edir, ona görə də TRİPP-dən şikayətlənir”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar