Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər?

Baxılıb: 843     Tarix: 24-10-2025 12:09   

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarına yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir vergisi nəzərdə tutulub.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz olacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.
Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar