Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ruslar Putinə nə qədər etibar edir? - Sorğu

Baxılıb: 856     Tarix: 24-10-2025 13:24   

Rusiyalıların 77,8 faizi Prezident Vladimir Putinə etibar edir. 
Qanunvehedef.az lenta.ru-ya istinadən xəbər verir ki, bu, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı rəy sorğusunun nəticələrindən məlum olub.
Son sosioloji sorğuya əsasən, rusiyalıların 74,5 faizi Putinin fəaliyyətini bəyənir, 15,6 faizi isə onun işini mənfi qiymətləndirir. Bundan başqa, vətəndaşların 77,8 faizi dövlət başçısına etibar etdiyini, 17,1 faizi isə etibar etmədiyini bildirib.
Rəy sorğusu 13-19 oktyabr tarixlərində 18 yaşından yuxarı 1600 Rusiya vətəndaşı arasında telefon vasitəsilə aparılıb.
Qeyd edək ki, 3-5 oktyabr tarixlərində keçirilmiş əvvəlki rəy sorğusunda repondentlərin 79 faizi Putinə inandığını bildirmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}