Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Şəhidin adından sui-istifadə edən xalası oğlunun dələduzluğu

Baxılıb: 808     Tarix: 22-07-2025 10:47   
  
Son vaxtlar Şəhid qohumunun adından sui-istifadə edən şəxslərin dələduzluq əməllərinin artması cəmiyyətdə ciddi narazılıqlar doğurur. Vətəndaşların qanunla qorunan mənafeyinə toxunan bu qəbildən olan cinayət faktları barədə şikayətlər artıq KİV müstəvisinə çıxarılır.
Bakı şəhəri Nəsimi rayon sakini Tağızadə Rəsmiyyə Davud qızı “Qnun və Hədəf” ictimai-siyasi hüquq qəzeti redaksiyasına Ərizə ilə müraciət edərək bildirir ki, 7 aya yaxındır, Bakı şəhəri Nərimanov prospekti 57 ünvandakı 9 mərtəbəli binayla üz-üzə olan həyətdəki ümumi sahəsi 36,0 m2 olan fərdi evinin bir otağını Azər Balaşov adlı şəxsdən 90000 (doqquz min) manata satın alıb. Evin “çıxarış” sənədi olmadığı üçün Azər özü və evin satılmasına razılığını bildirən həyat yoldaşı Nuranə Balaşova yazılı əqd imzalayaraq, evi on beş gün müddətinə boşaldacaqlarını vəd ediblər. Lakin razılaşmanın üstündən yeddi ay keçməsinə baxmayaraq, evi ona təhvil verməyiblər. Evin ikinci otağını – digər yarısını isə eyni üsulla Cabbarova Sevil Əli qızına satmaq adı ilə onun da küllli miqdarda pulunu ələ keçirib. Sonradan öyrənib ki, Azər Balaşov və arvadı ayrı-ayrı vaxtlarda başqa şəxsləri də evini satmaq adı ilə dələduzluq edərək aldadıb pullarını mənimsəyiblər. Azərlə işbirliyi olan 1996-cı il təvəllüdlü Vüsal Mehdiyev adlı ortağı isə “gedin, polisə deyin ki, şəhid Ülvi Mikayılovun xalası oğlu bizi söyür” deyərək sinəsinə döyür, aldatdıqları şəxsləri təhdid və təhqir edir, öz çirkin əməllərini həyata keçirirlər.
Şikayətçi qeyd edir ki, Azər Balaşov evin damına Azərbaycanın Dövlət Bayrağını sancmış, evin qapısına isə Azərbaycanın və qardaş Türkiyənin prezidentlərinin şəkillərini vuraraq gözdən pərdə asamağa çalışmışdır ki, ev sahibinin dələduzluq edə biləcəyi heç kəsin ağlına gəlməsin. Ərizə müəllifi yazır ki, pul alınıb iş bitəndən sonra Azərin arvadı Nuranə evdə oturub qapını monitorla izləyir, qapını bir daha pul verən adamların üzünə açmır.
R.Tağıyeva redaksiyadan xahiş edir ki, qarşılaşdığı problem mediada ictimailəşdirilsin, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti instansiyaların diqqətinə çatdırılsın, onun özünün və digər zərərçəkənlərə dəyən ziyanın ödənilməsi və dələduzların məsuliyyətə cəlb olunması təmin edilsin.        
 

 “Qanun və Hədəf”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar