Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycandan İrana hücum? - Prezident Pezeşkian rədd etdi

Baxılıb: 535     Tarix: 22-07-2025 12:24   

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir.
Qanunvehedef.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.
“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib.
Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.
Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.
Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar