Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi

Baxılıb: 763     Tarix: 22-07-2025 13:36   

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib.
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.
Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”, - paylaşımda deyilir.

Qanunvhedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar