Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Laricani Putinə Pezeşkianın mesajını çatdırıb

Baxılıb: 659     Tarix: 22-07-2025 10:12   

İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı İran Prezidenti Məsud Pezeşkianın ona mesajını çatdırıb.
Qanunvehedef.az-ın TASS-a istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib.
“Əli Laricani prezidentin xüsusi nümayəndəsi olaraq mesaj çatdırıb və İranın regional inkişaf məsələləri, beynəlxalq məsələlər və ikitərəfli əlaqələrə dair fikirlərinə aydınlıq gətirib. O, Rusiya prezidenti ilə konstruktiv görüş keçirib və bu görüşdə genişspektrli məsələlər, xüsusilə də ikitərəfli münasibətlər və son üç-dörd həftə ərzində regionda baş verən hadisələr müzakirə edilib”, - diplomat bildirib.
Xatırladaq ki, iyulun 20-si Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricanini qəbul edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar