Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarşımıza həqiqətən də iddialı strateji hədəflər qoya bilərik”

Baxılıb: 9822     Tarix: 08-10-2026 13:48   

“Əminəm ki, bu gün biz qarşımıza həqiqətən də iddialı strateji hədəflər qoya bilərik. İqtisadiyyatlarımızın dinamik şəkildə inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnologiyanın yüksəlişi bizə ortaq maraqlarımıza uyğun və qarşılıqlı faydalı şərtlərlə biznes tərəfdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılış mərasimində bildirib.

“Sözsüz ki, ortaq mənəvi, mədəni və dəyərlərə əsaslanan yaxınlığı gücləndirmək, humanitar komponentimizi inkişaf etdirmək prioritet olub və belə olaraq qalır. Bu gün bütün bu vacib mövzuları və sahələri müzakirə edəcəyik. Ölkələrimizin və xalqlarımızın qurucu inkişafına və daimi tərəqqisinə yönəlmiş qiymətləndirmələr və təkliflər təqdim edəcəyik”, - Türkmənistan Prezidenti bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar