Xəbər lenti
07/10/2026 [14:16]
Ov mövsümü başlayır
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qazaxıstan Rusiyadan onları geri istəyir

Baxılıb: 915     Tarix: 07-10-2026 15:35   

Qazaxıstan Ukraynadakı döyüş bölgəsində qalan vətəndaşlarının geri qaytarılması üçün Rusiya ilə danışıqlar aparır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu məsələ ilə bağlı vətəndaşların müraciətləri daxil olmaqda davam edir. Hər bir hal yoxlanılır, bundan sonra Qazaxıstan vətəndaşlarından ibarət hazırlanmış siyahının Rusiya tərəfinə təqdim edilməsi planlaşdırılır. Danışıqlar müxtəlif səviyyələrdə aparılır”, - məlumatda deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazaxıstan vətəndaşlarının video-müraciətləri yayılıb. Onlar Rusiyaya işləmək üçün getdiklərini, lakin aldadılaraq döyüş bölgəsinə göndərildiklərini bildiriblər. Vətəndaşların sözlərinə görə, döyüşməkdən imtina edəcəkləri təqdirdə həbs cəzası ilə hədələniblər.

Ukrayna mediası isə ən azı 2420 Qazaxıstan vətəndaşının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığı barədə məlumat yayıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}