Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

100 ilin möhtəşəm Ədliyyəsi

Baxılıb: 781     Tarix: 20-11-2018 17:07   

Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin 1918–ci il 22 noyabr təsdiq edildiyi gündən 2018-ci il 22 noyabra-bugünədək keçdiyi şərəfli, fədakar tarixi qürur yolumuz.
Xalqımızın müstəqillik uğrunda mübarizəsinin şanlı keçmişini əks etdirən Ədliyyə sisteminin zəngin tarixi  Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır.
XX əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası  Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra formalaşdırılan Milli Hökumətin tərkibində Ədliyyə Nazirliyinin də təşkil olunması və həmin il noyabr ayının 22–də nazirliyin Əsasnaməsinin təsdiq edilərək, onun funksiya və səlahiyyətlərinin müəyyənləşdirilməsi bu qurumun demokratik cəmiyyət üçün daşıdığı əhəmiyyətini ortaya qoydu.
Demokratik Respublikanın Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş,14 noyabr 1918-ci il tarixdə Azərbaycan Məhkəmə Palatasının, 22 noyabrda isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş və ilk ədliyyə naziri tanınmış dövlət xadimi Xəlil bəy Xasməmmədov təyin edilmişdir.
Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.
Bugün qeyd etdiyimiz bu böyük bayram, tariximizin əlamətdar səhifələrindəndir. Çünki bizim demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövlətimiz və müasir tələblərə uyğun fəaliyyət göstərən ədliyyə sistemimiz vardır.
Ölkəmizdə aparılan iqtisadi-siyasi islahatlar, ədliyyə və məhkəmə–hüquq islahatlarının sosial–iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması bunun bariz nümunəsidir.
Ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə nəzər salan hər bir Azərbaycan vətəndaşı bu əlamətdar günlə, tarixi bayramla fəxr etməlidir.
Ona görə ki, dövlətçiliyimizin qorunmasında və müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan Ədliyyəsi bugün də öz üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlir və beynəlxalq aləmdə yeniliklərin tətbiq olunmasında öz sözünü demişdir.
Azərbaycanın ədliyyə tarixində yeni mərhələ Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.    Demokratik, hüquqi dövlət quruculuğunun yaradılması, vətəndaş cəmiyyətinin formalaşdırılması, müasir dövlət quruculuğu siyasəti istiqamətində atılan addımlar və görülmüş işlər həyatımızın bütün sahələrində öz əksini tapmışdır. O, cümlədən ədliyyənin inkişafı məhz bu dövürdən başladı.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ədliyyənin inkişafının əsaslı dönüşü başladı, ədliyyə inkişaf etdi və mühüm dövlət təsisatı kimi daha formalaşdı. Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirildi, nazirlik milli dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.
Hər il noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunması Ulu Öndərin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə verdiyi ən qiymətli tövhə və tarixi ədalətin bərpası oldu.
Mövcud ictimai münasibətləri tənzimləyən çoxlu sayda yeni qanunlar qəbul edildi və ölkədə qanunun aliliyinin təmin olunması istiqamətində əməli işlər görülməyə başlandı. Hüquqi dövlətin ən mühüm atributlarından olan ədalət mühakiməsinin mütərəqqi prinsipləri əsasında 2000-ci ildə hazırlanmış Azərbaycan Respublikasının yeni Cinayət, Cinayət -Prosessual, Mülki, Mülki-Prosessual və digər Məcəllələri qəbul edilərək qüvvəyə mindi.
Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ–hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilmişdir.
 Bu köklü islahatlarla beynəlxalq norma və prinsiplərə uyğun  inkişaf edən Azərbaycan ədliyyəsi beynəlxalq standartlara tam uzlaşan inteqrasiya prosesini daha da sürətləndirdi.
Cənab prezident İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamlar,verdiyi tapşırıqlaqrın icrası üzrə görülmüş tədbirlərin nəticəsində insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə Azərbaycan ədliyyə sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur.
“Azərbaycan Respublikasında məhkəmə sisteminin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı, 18 aprel 2006-cı il tarixli fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”,  26 may 2006-cı il tarixdə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun, Ədliyyə Nazirliyinin fəaliyyətinin yaxşılaşdırılmasına, səmərəliliyinin yüksəldilməsinə xidmət etməklə yanaşı, ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, pentensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir.
2008–ci ildə nazirliyin yeni Əsasnaməsi təsdiqlənmiş, ona hüquq–mühafizə orqanı statusu verilmişdir ki, bununla da ədliyyə sisteminin cəmiyyətdəki mühüm rolu təsbit edilmişdir.
Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, burada işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ– hüquqi və maddi–texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində böyük  rol oynamışdır.
Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyalar tətbiqi ədliyyə orqanları ilə yanaşı, məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açmış, ədalət mühakiməsinin müstəqil və qərəzsiz həyata keçirilməsi əlverişli mühüt yaratmışdır.
Azərbaycanda ədliyyə sisteminin müasir tələblər səviyyəsinə yüksəlməsində, bu sahədə müsbət irəliləyişlərin əldə olunmasında Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə–Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmətləri isə göz qabağındadır.
Məhz Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ədliyyə infrastrukturu müasirləşdirilmişdir və inkişaf etdirilmişdir.
Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə keçirilmiş qəbullar zamanı hər bir vətəndaş da bunu hiss etmişdir.
Səyyar qəbullar zamanı yerli ədliyyə qurumları və məhkəmələrə baş çəkilərək onların fəaliyyəti və iş şəraiti ilə tanış olunması, müşavirələr keçirilərək vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması, onların müraciətlərində qaldırdıqları məsələlərə vaxtında və düzgün baxılması və bir çox məsələlərin yerindəcə öz həllini tapmasına görə vətəndaşlar tərəfindən edilən razılıqlar və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etməsi buna əyani sübutdur.
Ədliyyə Nazirliyinin cəmiyyətdə rolunun və xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması ədliyyə fəaliyyətində müasir informasiya və kommunikasiya texnologiyalarının zəruriliyini nəzərə alaraq, Nazirlik tərəfindən qanunvericiliyin elektron bazası yaradılmış və internetdə yerləşdirilməklə əhalinin pulsuz istifadəsinə verilmişdir.
Ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatların işində fəal iştirak edir, o cümlədən 100–dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbərliyində təmsil olunur.
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri, cənab Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının sədr müavini seçilmişdir.
Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, müsbət beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması daim diqqət mərkəzində saxlanılaraq, 31 xarici ölkənin, o cümlədən Avropa İttifaqı dövlətlərinin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər imzalanaraq səmərəli əməkdaşlıq edilir.
Eyni zamanda, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar uğurla davam olunaraq mühüm nailiyyətlər qazanılmışdır.
Aparılan islahatları və əldə olunmuş uğurları yüksək dəyərləndirən Dünya Bankı ilə birgə layihə gerçəkləşdirilir. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların müasir avadanlıqla təchiz edilməsi və digər mühüm tədbirlərin maliyyələşdirilməsi nəzərə alınmışdır.
Məhkəmə islahatlarımız, o cümlədən tətbiq olunan yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar təqdir edilir. Belə ki, Avropa Şurası dövrü nəşrlərində bu sahədəki işlərimizin işıqlandırılmasına xüsusi yer ayırır, Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə digər dövlətlər üçün örnək kimi dəyərləndirir. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.
Avropa Şurası tərəfindən Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" layihəsinin "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsində qalib gələrək ən mütərəqqi layihədən biri kimi mükafata layiq görülməsi də məhkəmə-hüquq islahatlarına verilən növbəti qiymətdir.
BMT–nin İnkişaf Proqramı tərəfindən son illər açıqlanan İnsan İnkişafına dair Hesabatında Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə ən sürətli irəliləyiş əldə edən dövlət kimi dəyərləndirilməsi isə ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, həyatımızın bütün sahələrini əhatə edən demokratikləşmə proseslərinin uğurla davam etdirilməsinin, qanunun aliliyinin təmin edilməsinin parlaq təzahürüdür.
 Azərbaycan Respublikası Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10.02.2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı ölkəmizdə insan və vətəndaş hüquqlarının daim diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması yeni cəza növü daxil edilmişdir. Həmçinin Məcəlləyə elektron nəzarət vasitələrinin tətbiqi, cəzanı yüngülləşdirən halların dairəsinin genişləndirilməsi, cəzanın təyin edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı mühüm dəyişikliklər olunmuşdur.
Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir ki, bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının azaldılması daxildir. Həmçinin, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunmuş, cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılmışdır.
Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə kompleks tədbirlər görülmüş, beynəlxalq təcrübə öyrənilməklə bu sahədə qanunvericilik və məhkəmə-istintaq təcrübəsi təhlil olunmuş, cəza siyasətinin humanistləşdirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə mühüm dəyişikliklər edilmiş, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin  noyabrın 7-də imzaladığı Fərmanla nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Probasiya xidmətinin təsis edilməsi, 2017-ci il 1 dekabr tarixli Qanunla Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunması və həmin Qanuna uyğunlaşdırılmaqla Xidmətin Əsasnaməsinin təsdiq edilməsi bu sahədə həyata keçirilən islahatların davam oldu.
Artıq ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb və Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərir.
Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş  230-dan çox məhkuma elektron qolbaq tətbiq edilmiş və onlar üzərində Elektron monitorinq mərkəzi tərəfindən fasiləsiz  nəzarət həyata keçirilir.
Ölkəmizdə cəza siyasətinə, cinayət qanunvericiliyinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bu Sərəncam təbii ki, Ədliyyənin 100 illik ərəfisində Məhkəmə-hüquq islahatları çərçivəsinə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərin və qazanılan nailiyyətlərin tarixi qələbəsi oldu.
Azərbaycan ədliyyəsinin 100  illik peşə bayramımızı məhz bu cür nailliyyətlər fonunda qeyd olunmasından qürur hissi keçirir, bütün həmkarlarımı ədliyyə işçilərini ürəkdən  təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

Qusar rayon İcra və Probasiya şöbəsinin
böyüicra məmuru (probasiya üzrə)
III dərəcəli ədliyyə qulluqçusu 
                                                                                                                   Hafiz Ramazanlı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar