Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Polşada təcili iclas çağırıldı

Baxılıb: 484     Tarix: 10-09-2025 10:48   

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasından sonra Nazirlər Kabinetinin təcili iclasını çağırıb.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə 10:00-da başlayacaq.
Bununla yanaşı, Polşa Prezidenti Karol Navrotski Baş nazirin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirəcək.
Xatırladaq ki, Polşa ordusu ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Məlumata görə, hazırda həmin dronların qalıqlarının tapılması istiqamətində iş aparılır. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar