Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İğtişaşlara görə bağlanan aeroport açıldı

Baxılıb: 812     Tarix: 11-09-2025 14:44   

Nepalın paytaxtı Katmandunun aeroportu fəaliyyətini bərpa edib.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı hava limanının baş meneceri Hanşarac Pandey açıqlayıb.
Onun sözlərinə görə, ölkədəki kütləvi iğtişaşlar fonunda bağlanan Tribhuvan aeroportunda həm beynəlxalq, həm də daxili reyslər bərpa edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə məhdudiyyətlər qoyulması ölkədə kütləvi etirazlara səbəb olub. Aksiyalar fonunda ölkənin Baş naziri Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət müəssisəsinin binasını yandırıb. Nepal Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı 30-dan çox insan ölüb, mindən çox insan isə yaralanıb.
Sentyabrın 10-da Nepal ordusu ölkənin böhrandan çıxarılması ilə bağlı etirazçıların nümayəndələri ilə danışıqlara hazırlaşdığını açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar