Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Böyrək çatışmazlığı xəstəliyinin səbəbləri, çıxış yolları Həkim-nefroloqla müsahibə

Baxılıb: 2 713     Tarix: 10-05-2018 11:20   

Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-nefroloqu, “MedServis” Tibb Mərkəzinin şöbə müdiri Kamil Müslümov Azərbaycanda böyrək çatışmazlığı xəstəliyinin yaranmasının səbəbləri barədə Qanun və Hədəf.az-a danışıb. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
   
-Böyrək çatışmazlığının nədir?

Xroniki böyrək çatışmazlığı (XBÇ) – böyrəklərin bir nece ay və ya il müddət ərzində getdikcə öz funksiyasının itkisi nəticəsində yaranır. XBÇ beş mərhələlidir. Hər mərhələ – böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qanda kreatinin səviyyəsi bu pozulmanın göstəricisidir.
1ci mərhələ – Bir necə aşkar simptomu ilə boyrək funksiyasının yüngül formada pozulmasıdır. 5ci mərhələ – Hemodializə və ya böyrək köçürülməsinə ehtiyac olunan xəstəliyin ən ağır forması. Bu mərhələ böyrək çatışmazlığın terminal stadiyası də adlanır.


- Böyrək çatışmazlığının əlamətləri hansılardır?

- Xroniki böyrək çatışmazlığı zamanı bəzən xəstə bizə müraciət edib başında ağrılarından, yüksək təzyiqdən, tezdən duranda ürəkbulanmadan, bədənində qaşınmadan, qansızlıqdan və s. şikayətlənir. Müayinə etdikdə görürük ki, xroniki böyrək çatışmazlığının son mərhələlərindədir. Böyrək çatışmazlığı olan xəstələr bizə müraciət etdikdə sidik cövhərinin və kreativin qanda miqdarı kəskin şəkildə yüksəldiyindən xəstədə uremik əlamətlər qeydə alınır. İştahasızlıq, yuxusuzluq, bəzən yuxuya meyllilik, bədəndə qaşınma, çəkidə azalma, rəngin dəyişməsi, aşağı və yuxarı ətraflarda, üzdə şişkinlik, dərinin torpaq rəngində olması xroniki böyrək
çatışmazlığının əlamətləridir. Kənardan xəstəyə baxanda artıq sözügedən xəstəlikdən əziyyət çəkdiyi bəlli olur. Bəzən xəstəliyin etiologiyasına nəzər saldıqda görürük ki, böyrəkdən qaynaqlanan proses nəticəsində yaranmayıb. Sadəcə, xəstə idarəolunmaz şəkərli diabetdən, yüksək təzyiqdən əziyyət çəkib. Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər həkimə vaxtında müraciət edərlərsə, hətta, yanaşı müalicə metodlarına keçmədən, tam müalicə etməsək də, qarşısını alıb prosesi gecikdirə, müxtəlif seanslarla dializə gətirib çıxarmasını ləngidə bilərik.


BÖYRƏK ÇATIŞMAZLIĞI NÖVLƏRİ HANSILARDIR?
Böyrək çatışmazlığı səbəblərinə görə 5 əsas kateqoriyaya ayrılır:
-Kəskin Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı böyrəklərə doğru olan qan axınının azalması vəziyyətində baş verir. Qan axını kifayət olduğu üçün böyrəklər qanı tam mənada süzə bilməz. Bu tip böyrək çatışmazlığı əsasən qan axınına təsir göstərən vəziyyətin düzəldilməsi ilə birlikdə müalicə etmək olar. Kəskin Daxili Böyrək Çatşmazlığı: Kəskin daxili böyrək çatışmazlığı birbaşa böyrəklərə təsir edən travmalar nəticəsində görülür. Qəzalar, böyrəklərə alınan zərbələr, toksin yüklənməsi, böyrəklərə kifayət qədər oksigen getməməsi, həddindən artıq qan itkisi, böyrək infeksiyaları daxili böyrək çatışmazlığı səbəbləri arasındadır.
-Xroniki Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı müalicə etmədikdə və böyrəklər qanı təmizləyə bilmədiyi zaman vəziyyət intensiv daxili böyrək çatışmazlığına çevrilir. Bu vəziyyətdə böyrəklər kiçilməyə başlayır və funksiyanı yavaş-yavaş itirir.
-Xroniki Daxili Böyrək Çatışmazlığı: Böyrəklərdə alınan zərbələr, travmalar və müalicə edilməyən böyrək infeksiyaları kəskin daxili böyrək çatışmazlığının xroniki daxili böyrək çatışmazlığına çevrilməsinə səbəb olur.
- Xroniki Postrenal Böyrək Çatışmazlığı: Bu tip böyrək çatışmazlığı sidik yollarının uzun müddət bağlanmış qalması və sidiyin orqanizmdən tam olaraq atılmaması nəticəsində yaranır.

- Xroniki böyrək çatışmazlığının əmələ gəlmə səbəbləri nələrdir?

Böyrəklərinin funkisyasının pozulması istər ürək–damar, qantörədici orqanlar sistemində, istər sümük–kalsium-fosfor mübadiləsi sistemində bu və ya digər vəziyyətdə özünü büruzə verir. Ona görə də, bu xəstəliklərin vaxtında aşkar olunması bir az çətinlik törədir. Çünki bu xəstəliklər müxtəlif ixtisaslı peşəkarlarda müalicə olunur. Yəni böyrək çatışmazlığı xəstəliyi poliorqan dəyişikliyi ilə gedir. Ona görə də, çox zaman terapevtlərdə, bəzən travmotoloqlarda və kardioloqlarda müalicə olunur . Və son nəticədə isə ağır vəziyyətdə nefroloqlara gəlib çıxır. Ona görə də, bayaq dediyim kimi, bu xəstəliklərin profilaktikası və dispanserizasiyası xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi üçün imkan verir. Gözlənilən konservativ müalicənin köməyi olmayandan sonra xəstələr hemodializə göndərilir.

Hemodializ necə həyata keçirilir?
Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir.Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur.Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir:

BÖYRƏK ÇATIŞMAZLIĞI NÖVLƏRİ

Böyrək çatışmazlığı səbəblərinə görə 5 əsas kateqoriyaya ayrılır:
Kəskin Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı böyrəklərə
doğru olan qan axınının azalması vəziyyətində baş verir. Qan axını kifayət olduğu üçün böyrəklər qanı tam mənada süzə bilməz. Bu tip böyrək çatışmazlığı əsasən qan axınına təsir göstərən
vəziyyətin düzəldilməsi ilə birlikdə müalicə etmək olar.
Kəskin Daxili Böyrək Çatşmazlığı: Kəskin daxili böyrək çatışmazlığı birbaşa böyrəklərə təsir edən travmalar nəticəsində görülür. Qəzalar, böyrəklərə alınan zərbələr, toksin yüklənməsi, böyrəklərə kifayət qədər oksigen getməməsi, həddindən artıq qan itkisi, böyrək infeksiyaları daxili böyrək çatışmazlığı səbəbləri arasındadır.
 Xroniki Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı müalicə etmədikdə və böyrəklər qanı təmizləyə bilmədiyi zaman vəziyyət intensiv daxili böyrək çatışmazlığına çevrilir. Bu vəziyyətdə böyrəklər kiçilməyə başlayır və funksiyanı yavaş-yavaş itirir.
Xroniki Daxili Böyrək Çatışmazlığı: Böyrəklərdə alınan zərbələr, travmalar və müalicə edilməyən böyrək infeksiyaları kəskin daxili böyrək çatışmazlığının xroniki daxili böyrək çatışmazlığına çevrilməsinə səbəb olur.
 Xroniki Postrenal Böyrək Çatışmazlığı: Bu tip böyrək çatışmazlığı sidik yollarının uzun müddət bağlanmış qalması və sidiyin orqanizmdən tam olaraq atılmaması nəticəsində yaranır.

Ümumiyyətlə, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr necə qidalanmalıdır?

- Xəstə tam olaraq pəhrizə oturmalıdır. Duzsuz, çox yağlı qidalardan, ət və ət məhsulların hədsiz qəbulundan, konservantlardan uzaq olmaq lazımdır. Bundan başqa, böyrək çatışmazlığından əziyyət çəkənlər digər xəstəliklərinə görə həkim məsləhəti olmadan dərman qəbul etməməlidir. Xüsusilə ağrıkəsicilərdən, antibiotiklərin istifadəsinə sərhəd qoyulmalıdır. Tez-tez rastlaşdığım bir məsələyə də toxunmaq istərdim. Vətəndaşlarımız nə qədər ki, reseptsiz antibiotik, ağrıkəsici qəbul edəcəksə, böyrək çatışmazlığının qarşısını almaqdan söhbət gedə bilməz. Çünki antibiotiklərin əksəriyyətinin nefrotoksik təsiri var. Ağrıkəsicilərin isə böyrək toxumalarına mənfi təsiri var. Hətta, bir ağrıkəsici iynə, bir tabletlə insan böyrək çatışmazlığına düçar ola bilər. Buna görə də insanlar ciddi şəkildə qəbul etdiyi dərmana, qidaya fikir verməlidir.

- Azərbaycanda əsasən böyrək xəstələri sizə hansı mərhələdə müraciət edirlər?

- Təəssüflər olsun ki, çox gecikmiş mərhələdə bizə üz tuturlar. Hətta, elə xəstələrimiz olur ki, müraciət etdikdə məlum olur ki, çarə ancaq böyrəyin dəyişdirilməsinə qalıb
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar