"Sizi qınamırıq, daim müstəmləkə olmusunuz..."
Baxılıb: 1 814 Tarix: 01-07-2019 13:40
TİENS rəsmisi: "Azərbaycan insanının şüurundakı köhnə stereotiplər, mental xüsusiyyətlər..."
1995-ci ildə yaradılmış və qısa müddət ərzində iri beynəlxalq transmilli şirkətə çevrilmiş "TİENS" korporasiyası uğurlarına görə öz işində çoxəsrlik Çin sağlamlıq mədəniyyətinin, ənənəvi təbabətin və elmin ən yeni nailiyyətlərinin müvəffəqiyyətlə birləşdirilməsinə borcludur. Şirkətin əsas fəaliyyət növü ən yeni biotexnologiyalar bazasında məhsul buraxılışıdır. Bundan başqa, şirkət daşınmaz əmlakın investisiyalaşdırılması, tikintisi və satışı, təhsil, mədəniyyət və loqistika fəaliyyəti ilə də məşğul olur. Şirkətdə ən qabaqcıl və yüksək texnologiyalı avadanlıqlardan istifadə edilir, üç iri məhsul qrupu işlənib hazırlanmışdır ki, bunların da sayı çoxdan 1000-i keçmişdir. "TİENS" markası, məhsulunun keyfiyyəti və xidmət sistemi Çində və onun sərhədlərindən kənarda, eləcə də Azərbaycanda yüksək etibara malikdir.
Lakin bu şirkət barədə Azərbaycan KİV-ində bəzi neqativ informasiyalar dolaşır. Bu mənfi tendensiyanın səbəbi barədə danışmaq üçün şirkətin 409 - cu ofisinin məsul əməkdaşı Vüsalə Əliyeva ilə həmsöhbət olduq. Şirkət nümayəndəsi bildirdi ki, "TİENS" şirkəti elə bir təşkilatdır ki, orada hər kəs təkmilləşə və inkişaf edə bilər. Şirkət öz kadrları üçün "Dörd təməlin idarə olunması kursu (biliklər, qaydalar, hisslər və insanlar) əsasında çevik attestasiya və motivasiya sistemini həyata keçirir ki, bu da hər bir əməkdaşa öz qabiliyyətlərini aşkara çıxarmaqda kömək edir: "Şirkət rəhbərliyi şirkətin təbliğatını apara bilən 7-dən 77-yə hər kəsi əməkdaşlığa dəvət edir. Adam gəlir, görürsən təlimə yiyələnə bilmir, insanlarla ünsiyyət qura bilmir, gedir saytlarda mənfi informasiyalar yayır. Biz elə bir millətik ki, dərsdən "2" alanda deyirik "müəllim verdi", "5" alanda isə deyirik "özümüz aldıq". Şirkətin Azərbaycanda fəaliyyət göstərdiyi uzun illər ərzində bircə dəfə də olsun məhsullarının asılılıq yaratdığı, ölümcül fəsadlar törətdiyi barədə rəsmi statistika yoxdur. Son illərdə idarəetmədə iş metodu, marketinq üsulları, maaşlar dəyişib, amma keyfiyyət dəyişməyib, yüksək səviyyədə saxlanılıb. Satılmayan məhsullarımız hər 6 aydan bir istifadə müddətinin bitdiyinə görə satışdan yığışdırılır, geri göndərilir. Onların yerinə yeni qablaşdırmada məhsullar göndərilir".
Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanda insanların "TİENS" məhsullarının sağlamlaşdırıcı gücündən tam faydalanmasına nail olunmamasının bir səbəbi də ölkəmizə idxal olunan məhsullara "Halal" sertifikatı tələbinin qoyulmasıdır: "Şirkətin məhsulları arasında güclü sağlamlaşdırıcı, bərpaedici təsirə malik, məsələn, Azərbaycanda çox yayılmış anemiya xəstəliyinin dərmanı olan elə preparatlar vardır ki, tərkibində müsəlmanların qəbul etmədikləri spirt qarışığı, at qanı yer alır. Həmin preparatlar qonşu Gürcüstanda, Qazaxıstanda reallaşdırılır və alqışlanır. Amma Azərbaycan əhalisinin say tərkibində eynən Türkiyə və ərəb ölkələrində olduğu kimi, müsəlman əhali çoxluq təşkil etdiyi üçün "Halal" standartları tətbiq olunub.
"TİENS" rəsmisinin sözlərinə görə, qabaqcıl inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycan insanının şüurundakı köhnə stereotiplər, mental xüsusiyyətlər onun şirkətlə əməkdaşlığı yolunda əngəl yaradır: "Başqa ölkələrdə heç kəs cavan vaxtından oturub fikirləşmir ki, əmək kitabçam olsun, stajım artsın, qocalanda oturum 120 manat pensiya alım. Deyirik bu gün nə qazancımız olur nağd olsun, uzaq perspektivləri, biznes qurmağı fikirləşmirik. Xarici şirkət olduğumuza görə, bu cür düşünən kütlə bizə uyğunlaşa bilmir. Bizim direktorumuz əcnəbidir. Zaman-zaman onunla bu və digər mövzuda diskussiyalarımız olur. Deyir ki, mən başqa Zaqafqaziya ölkələri ilə, Qazaxıstanla işləyəndə Azərbaycandakı kimi əziyyət çəkmirəm. Deyir sizi qınamıram, həmişə müstəmləkə altında olmusunuz, müstəqil, müasir düşüncəyə malik deyilsiniz".
Vüsalə xanımın bizimlə söhbətinin daha ilginc məqamlarını oxucularımızla irəliləyən görüşlərimizdə açıqlayacağıq.
Pünhan Şükür

Ən çox oxunanlar
Son xəbərlər